Mübadilə məzənnəsi haqqında forvard razılaşması

Forward exchange agreement (FXA) Törəmə valyuta maliyyə aləti olmaqla müəyyən edilmiş vaxtda bir valyutanın digərinə mübadiləsinin əvvəlcədən razılaşdırılmış məzənnə üzrə aparılması haqqında forvard müqaviləsidir. İcra vaxtı onun dəyəri müqavilə bağlandığı andakı forvard məzənnəsi ilə hesablaşma aparılan andakı svop məzənnəsi arasındakı fərq əsasında müəyyən olunur.
Mövqeyin saxlanması
Mübadilə olunan istiqraz
OBASTAN VİKİ
Mübadilə məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Mübadilə
Mübadilə — müxtəlif məşğuliyyət növləri ilə məşğul olan insan qruplarının hazırladıqları məhsulları bir-biriləri ilə dəyişmələri.
Forvard müqaviləsi
Forvard ölçüsü
Forvard ölçüsü, daha dəqiq T {\displaystyle T} -forvard ölçüsü — stoxastik maliyyə nəzəriyyəsində (riyaziyyatda) istifadə olunan süni ehtimal ölçüsü, risk-neytral ölçüyə ekvivalentdir. Əgər risk-neytral tədbir bank hesabının nömrəsinə əsaslanırsa, o zaman T {\displaystyle T} -forvard ölçüsü gələcək tarixdə ödəniləcək diskont T {\displaystyle T} istiqrazına əsaslanır. Gələcək şərti ödənişin dəyərinin təxmin edilməsi düsturunda diskont əmsalı şərti riyazi gözləntidən (risk-neytral ölçüdə, diskontlaşdırma prosesi) kənar çarpandır. riyazi gözlənti işarəsi altında). Dezavantaj odur ki, risk-neytral tədbirdən fərqli olaraq forvard ölçü müəyyən ödəniş müddətinə bağlıdır. İrəli ölçü adətən risk-neytral ölçü ilə analogiya ilə, lakin termin indeksi (yuxarı və ya aşağı) Q T {\displaystyle \mathbb {Q} ^{T}} ilə işarələnir. Forvard qiymətləri öz forvard ölçüsündə martingallardır (ölçü müddəti forvard qiymətinin təxmin edildiyi dövrə bərabərdir). == Qurulması == Riskin neytral ölçüsünü şərti riyazi gözləntilər üçün forvard ölçüsü ilə əvəz etmək üçün düstur belədir: E t Q T [ V T ] = E t Q [ D ( t , T ) V T ] E t Q [ D ( t , T ) ] {\displaystyle \mathbb {E} _{t}^{\mathbb {Q} ^{T}}[V_{T}]={\mathbb {E} _{t}^{\mathbb {Q} }[D(t,T)V_{T}] \over \mathbb {E} _{t}^{\mathbb {Q} }[D(t,T)]}} burada D ( t , T ) {\displaystyle D(t,T)} diskont prosesidir və P ( t , T ) = E t Q [ D ( t , T ) ) ] {\displaystyle P(t,T)=\mathbb {E} _{t}^{\mathbb {Q} }[D(t,T))]} - ödəmə tarixi T {\displaystyle T} olan diskont istiqrazının (tək nominal dəyəri ilə) dəyəri.
Valyuta məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Mübadilə (iqtisadiyyat)
Mübadilə iqtisadiyyatda — malların bir sahibdən digərinə daşınması. İnsanlar arasında birbaşa və ya əmək məhsullarının mübadiləsi şəklində təzahür edən qarşılıqlı fəaliyyət mübadiləsi. Məcburi və qeyri-məcburi ola bilər (könüllü). Könüllü mübadilə formalarından biri ticarətdir. Könüllü mübadilədə çox vaxt zahiri, keyfiyyət, forma və təyinat baxımından fərqli olan şeyləri ölçmək lazımdır. Bu, malların maya dəyərinə çevrilən vahid əsasın, ekvivalentlik ölçüsünün olmasını zəruri edir. Mübadilə həm bilavasitə “mal-mal” sxeminə (barter), həm də “mal-pul-mal” sxeminə görə (alqı-satqı) pulun iştirakı ilə digər mal və ya xidmətlər üzrə aparıla bilər. Məcburi mübadilə əksər hallarda tərəflərdən biri ədalətsiz, qeyri-ekvivalent, yırtıcı hesab edir. Adətən, könüllü əsasda (güc tətbiq etmədən və ya onun tətbiqi təhlükəsi olmadan) mübadilə baş verməyəcəyi şərtlər var. Müasir təcrübədə birjada birbaşa zorakılıq adətən cinayət hesab olunur.
Əsas mübadilə
Əsas mübadilə- standart şəraitlərdə orqanizmin normal həyat fəaliyyətini təmin etmək üçün zəruri olan enerjinin minimal miqdarıdır Standart şəraitlər dedikdə adətən aşağıdakı şərtlər nəzərdə tutulur: Oyaqlıq vəziyyətində Səhər acqarına uzanmış vəziyyətdə psixoloji və emosional sakitlikdə rahatlıq temperaturu (18 - 20º). Kişilərdə əsas mübadilənin intensivliyi orta hesabla 1kkal/kq/saat təşkil edir, başqa sözlə, sutka ərzində əsas mübadiləyə 70kq çəkisi olan kişi 1700 kkal enerji sərf edir. Qadınlar üçün bu kəmiyyət 10% aşağıdır. Metabolizm prosesində ayrılan istilik enerjisi bədən temperaturunun sabitliyini saxlamaq üçün sərf olunur. Bu enerji həm də hüceyrə metabolizmi, qan dövranı, tənəffüs, ifrazat, bədən temperaturunun sabit saxlanmasına, beyində həyati vacib sinir mərkəzlərinin fəaliyyət göstərməsinə, endokrin vəzlərinin sekresiyasına sərf olunur. Fiziki və əqli fəaliyyətdə, psixoemosional gərginlikdə, qida qəbulundan sonra, temperatura aşağı düşəndə orqanizmin enerji sərfi də artır. BÇ- bədən çəkisi (kq) B – boyu (m) ƏM - əsas mübadilə ƏM-nin miqdarı orqanizmdə anabolizm və katabolizm proseslərinin nisbətindən asılıdır.
Faizlər razılaşması
Faizlər razılaşması — dördüncü Moskva konfransı zamanı əldə olunan, İkinci dünya müharibəsindən sonra cənub-şərqi Avropa regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən Çörçill-Stalin razılaşmasıdır. Bu razılaşma ictimaiyyətə Çörçill tərəfindən açıqlanmışdı. Ruzvelti konfransda təmsil edən ABŞ səfiri Averel Herriman bu xüsusi müzakirələrdən kənarda saxlanılmışdı. == Razılaşma == 1944-cü il oktyabrın 9-da Moskva konfransında görüşən Çörçill və Stalin Avropanın nüfuz dairələrinə bölünməsini müzakirə edirlər. Burada Vinston Çörçill təklif edir ki, Rumıniyanın 90%-i və Bolqarıstanın 75%-i SSRİ-yə, Yunanıstanın 90%-i Böyük Britaniyaya verilsin, Yuqoslaviya ilə Macarıstan isə yarı-yarıya bölüşdürülsün. Təklif Stalinə tərcümə olunarkən, Çörçill bir kağıza bölüşdürmə faizlərini qeyd edir və kağızı Stalinə ötürür. Təklif tərcümə olunduqdan sonra Çörçill: "Milyonların taleyini müəyyən edəcək olan bu cür məsələləri belə ayaqüstü həll etməyimiz gələcəkdə mənfi qarşılana bilər, kağızı yandıraq" — deyir, lakin Stalin "Yox, səndə qalsın" — deyə cavab verir. Çörçill bu sənədi naughty document-yaramaz sənəd adlandırırdı. İki ölkənin xarici işlər nazirləri 10, 11 oktyabr tarixlərində bölüşdürmə barəsində qərara gəlirlər. Sonda Sovet İttifaqının Bolqarıstan və Macarıstandakı payı 80% olaraq dəyişdirilir, digər faizlərə toxunulmur.
Nant razılaşması
Nant razılaşması (fr. Édit de Nantes) — Fransa kralı IV Henri tərəfindən 1598-ci ildə imzalanan dini məzmunlu razılaşma. 1598-ci ildə Fransa əhalisinin 80% katolik idi. Nant razılaşmasına əsasən Kalvinizm və Protestantlıq məhzəbinin sahiblərinə geniş hüquqlar verilmişdir. Bununla ölkədə dini balansın formalaşması yolunda böyük bir addım atıldı. IV Henrinin bir başa dəstəyi ilə hazırlanan razılaşma Fransada din sahəsində həyata keçirilən ən böyük islahatlardan hesab olunurdu. Razılaşmadan sonra Fransada XVI əsrə qədər davam edən dini qarşıdurmalara son qoyuldu. Nant razılaşmasında Fransada yaşayan digər din sahiblərinə qarşı, diqqətli davranmaq tələb edilirdi. Lakin müsəlmanlar qarşı bu dövrdə dini yöndə İspaniyada aparılan rekonkista hərəkatına qarşı heç bir fikir bildirilmirdi. Nant razılaşması 1685-ci ildə kral XIV Luis tərəfindən ləğv edilmişdir.
Oslo razılaşması
Poti razılaşması
Poti razılaşması — Gürcüstanla Almaniya arasında imzalanmış razılaşma. 1918-ci il mayın 14-də Zaqafqaziya seyminin gürcü fraksiyası seymdəki digər fraksiyaların xəbəri olmadan Almaniyanın regiondakı təmsilçisi Fon Lossov ilə gizli-separat damşıqlara getmək qərarına gəldi. Batum konfransı zamanı Cənubi Qafqaz sülh nümayəndə heyətinin gürcü təmsilçisi konfransda məşvərətçi səs hüququ ilə iştirak edən Fon Lossova bəyanat təqdim etdi. Bəyanatda deyilirdi ki, Gürcü Milli Şurası Gürcüstanın beynəlxalq məsələlərdə hərtərəfli müdafiə olunmasını Almaniyadan xahiş edir. Almaniya ilə damşıqları sürətləndirmək üçün Gürcü Milli Şurasının sədri Noy Jordaniya başda olmaqla nümayəndə heyəti Batuma gəldi. Burada Jordaniya ilə Fon Lossov arasında aparılan danışıqda əldə olunan razılığa əsasən, Gürcüstan tezliklə Zaqafqaziya Federasiyasının tərkibindən çıxaraq, müstəqilliyini elan etməli idi. Almaniya tərəfi isə, Gürcüstanla müqavilə bağlamaqla, onun hökumətini de-fakto tanımağı öhdəsinə götürdü. 1918-ci il mayın 25-də Fon Lossovun rəhbərliyi ilə alman nümayəndə heyəti Batumdan gəmi ilə Potiyə gəldi. Mayın 28-də burada Almaniya ilə Gürcüstan arasında bir sıra məsələləri əhatə edən 5 maddədən (İlkin razılaşma; hər iki tərəfdən olan hərbi əsirlərin tezliklə dəyişdirilməsi haqqında; qarşılıqlı valyuta əlaqələrinin ilkin nizamlanması haqqında; Gürcüstanın tabeliyində olan bütün gəmilərin Almaniyanın sərəncamına verilməsi haqqında; birinci və ikinci razılaşmaya əlavə olaraq, Gürcüstan və Almaniya arasında əlaqələrin öncədən nizamlanması haqqında) ibarət razılaşma imzalandı. Potidə başlayan alman-gürcü danışıqları Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanmasını sürətləndirdi, eyni zamanda, Osmanlı hökumətini Cənubi və Şimali Qafqazda yaşayan müsəlman-türk xalqlarının müstəqilliyi məsələsinə yeni mövqedən yanaşmağa məcbur etdi.
Şengen razılaşması
Şengen razılaşması — gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir. Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir. İnsanların azad hərəkət prinsipi hələ 1957-ci il Roma müqaviləsində nəzərdə tutulmuşdur. Bununla belə, üzv dövlətlər tərəfindən həmin dövlətin vətəndaşlarının sərhəd keçid məntəqəsində pasport və gömrük yoxlamalarında nəzarət qalmaqda davam edirdi. Üzv dövlətlər arasında belə yoxlamalar barəsində mübahisə yarandıqdan sonra 14 iyun 1985-ci ildə Avropa İqtisadi Birliyinin beş üzv dövləti — Belçika, Niderland, Lüksemburq, Fransa, AFR müvafiq sazişi imzaladılar. Şengen razılaşması Saarbücken müqaviləsinə əsaslanır. Belə ki, Almaniya-Fransa sərhədindəki nəzarət məntəqələrini keçərkən yük maşını sürücülərinin 1984-cü ildə həyata keçirdikləri etiraz nümayişlərindən sonra 13 iyul 1984-cü ildə Qərbi Almaniya kansleri Helmut Kol ilə Fransa prezidenti Fransua Mitteran iki ölkənin ortaq sərhədlərində səyahət edənlərə tətbiq olunan nəzarətin, yoxlamaların mərhələli olaraq aradan qaldırılması ilə əlaqədar Saarbücken müqaviləsini imzalamışdılar. Daha sonra Benilüks ölkələrinin də iştirakı ilə Lüksemburqun Şengen ərazisində bugünkü müqavilənin əsasını təşkil edən və 33 maddədən ibarət Şengen Sazişi imzalandı və ortaq sərhədlərdəki yoxlamaların azaldılması razılaşdırıldı. Qeyd etmək lazımdır ki, bəzi ölkələr, o cümlədən, Böyük Britaniya milli sərhədlərinin təhlükəsizliyini qorumaq məqsədilə müqaviləyə qoşulmamışdı.
Yeniköy razılaşması
Yeniköy razılaşması — 1912–1914-cü illər arasında Avropa dövlətləri tərəfindən hazırlanmış və Osmanlı imperiyası ərazisində ermənilər üçün iki vilayətin yaradılması, onların ermənilər ilə bağlı məsələlərə müdaxilə edərək iki avropalı baş müfəttişin nəzarəti altında olması haqqında islahat planı. Baş müfəttişlər erməni əhalisinin əsas hissəsinin məskunlaşdığı altı şərq vilayətində ən yüksək vəzifə tutacaq, Ərzurum və Vandakı müvafiq postlarında məskunlaşacaqdılar. İslahat paketi 8 fevral 1914-cü ildə imzalanmışdır. Buna baxmayaraq, razılaşma Osmanlı imperiyası Birinci Dünya müharibəsinə daxil olduqdan bir neçə həftə sonra, 16 dekabr 1914-cü ildə ləğv edilmişdir. Balkan müharibələri Osmanlı ermənilərinin şəraitini yaxşılaşdırmaq üçün yeni planların ortaya çıxarılmasına imkan yaratmışdı. Rusiya hökuməti bütün ermənilərin katolikosunu Qafqaz canişini vasitəsilə ermənilərin məskunlaşdığı Osmanlı vilayətlərində islahatlar üçün Osmanlı hökumətinə müraciət etməyə təşviq etmişdi. İslahat layihəsi Rusiyanın İstanbuldakı səfirliyinin draqomanı Andre Mandelştam və Ermənistan Milli Assambleyasının nümayəndələri tərəfindən tərtib edilmişdir. Bu, Konstantinopolda Fransa, Britaniya və İtaliya səfirlərinin görüşündə təqdim edilmişdir. İslahat paketi 8 fevral 1914-cü ildə vəzir Səid Halim Paşa tərəfindən təmsil olunan Osmanlı imperiyası ilə Rusiya arasında imzalanmışdır. İlk iki müfəttiş kimi Niderland Ost-Hindinin administratoru Lui Konstan Vestenek və Norveç Ordusunun mayoru Nikolay Hoff seçilmişdir.
Battonvud razılaşması
Battonvud razılaşması — indiki Nyu-York Fond Birjasının təsis sənədi, ABŞ tarixində ən mühüm maliyyə sənədlərindən biri. Müqavilə Nyu-Yorkda qiymətli kağızların ticarətini təşkil etmiş və 17 may 1792-ci ildə Uoll-Strit xaricində 24 birja brokeri arasında imzalanmışdır. Rəvayətə görə, imzalama onların ilk əməliyyatlarının baş verdiyi bir qərb çinarı altında baş vermişdir ki, "Battonvud" adı da buradan gəlir. Nyu-York Fond Birjası bu müqavilənin imzalanmasını 17 may 1792-ci ildə təsisçisi kimi qeyd etmişdir.
Ömər razılaşması
Ömər razılaşması, həmçinin Ömər əhdi, Ömərin paktı, Ömərin müqaviləsi və ya Ömər qanunları (ərəb. شروط عمر‎ or عهد عمر or عقد عمر) — Levant (Suriya və Livan), Mesopotamiya (İraq) və ya Qüdsün müsəlmanları ilə qeyri-müsəlman sakinləri arasında bağlanmış müqavilə və sonradan islam hüquqşünaslığında kanonik status. Bu, zimmilər və ya "kitab əhli" üçün hüquq və məhdudiyyətləri, yəni islam tərəfindən tanınan və qorunan qeyri-müsəlman xalqlar təbəqəsi – yəhudilər, xristianlar, zərdüştilər və islam hakimiyyəti altında yaşayan bir sıra digər tanınmış dinləri əhatə edir. Razılaşmanın həm strukturu, həm də şərtləri ilə fərqlənən bir neçə variantı var. Razılaşmanın ənənəvi olaraq ikinci Raşidi xəlifəsi Ömər ibn Xəttaba aid edilməsinə baxmayaraq, digər hüquqşünaslar və şərqşünaslar bu aidiyyəti şübhə altına alırlar. Müqavilə bunun əvəzinə IX əsrin müctəhidlərinə (islam alimləri) və ya Əməvi xəlifəsi II Ömərə aid edilir. Bu müqavilə Ömərin Eliya xalqına təhlükəsizlik zəmanətindən (ərəb. العهدة العمرية‎) fərqlidir. Ümumiyyətlə, razılaşma qeyri-müsəlmanlar (zimmilər) üçün hüquq və məhdudiyyətlərin siyahısını özündə əks etdirir. Onlara riayət etməklə qeyri-müsəlmanlar öz canlarının, ailələrinin və mallarının təhlükəsizliyinə nail olurlar.
Effektiv valyuta məzənnəsi
Üzən valyuta məzənnəsi
Üzən valyuta məzənnəsi (ing. floating exchange rate) — valyutanın dəyərinin valyuta bazarının təsiri ilə dəyişməsinə icazə verilən valyuta kursu rejimi. Üzən kursdan istifadə edən valyutalar üzən valyuta adlandırılır. Təsbit edilmiş məzənnə rejimində mərkəzi bank tədiyə balansının tarazsızlığını maliyyələşdirmək üçün tələb olunan miqdarda xarici valyutanı təmin etməlidir. Çevik (üzən) məzənnə rejimində isə mərkəzi bank əksinə, xarici valyutaya olan tələb-təklifi tarazlaşdırmaq məqsədilə məzənnənin dəyişməsinə imkan verir. Əgər dolların yenə nəzərən məzənnəsi 0.86 sentə bərabərdirsə və Yaponiyanm ABŞ-yə ixracı artırsa, bu, amerikanların yapon ixracatçılarına daha çox ödəniş etmələrini tələb edir. Yaponiya Mərkəzi Bankı prosesə müdaxilə etmir və məzənnə öz-özünü tənzimləyir. Bu nümunədə məzənnə 0.86-dan 0.90-dək dəyişir və yapon məhsullarını dollar ifadəsində bahalaşdırır, amerikan istehlakçıları üçün onu daha az cəlbedici edir. Çevik məzənnə və üzən məzənnə qarşılıqlı əvəz oluna bilən anlayışlar kimi istifadə olunur.Üzən məzənnə rejimi də özlüyündə iki yerə bölünür:"Təmiz" və "Çirkli" “Təmiz” üzən məzənnə rejimində mərkəzi bank valyuta bazarında iştirak etmir və məzənnə bazar tərəfindən müəyyən olunur. Bu rejimdə mərkəzi banklar heç bir müdaxilə həyata keçirmədiklərinə görə rəsmi valyuta əməliyyatları müvafiq olaraq sıfıra bərabər olur.
İnternet mübadilə nöqtəsi
İnternet mübadilə nöqtəsi (ing. Internet exchange point; IX və ya IXP) — IP şəbəkəsinin ümumi əsasları. Bu, iştirakçı internet servis provayderlərinə (ISP) öz şəbəkələri üçün nəzərdə tutulmuş məlumatların mübadiləsinə imkan verir. IXP-lər ümumiyyətlə bir çox fərqli şəbəkələrə, yəni məlumat mərkəzlərinə əvvəlcədən mövcud əlaqələri olan yerlərdə yerləşdirilir. Burada onların iştirakçılarını birləşdirmək üçün fiziki infrastrukturdan (sviçlər) istifadə edilir. Təşkilati cəhətdən əksər IXP-lərin hər biri öz tərkib hissəsi olan iştirakçı şəbəkələrinin (yəni, həmin IXP-də iştirak edən ISP-lərin dəsti) hər biri müstəqil qeyri-kommersiya birlikləridir. IXP-lərə əsas alternativ ISP-lərin öz şəbəkələrini bir-biri ilə birbaşa birləşdirdiyi özəl peering adlanan qarşılıqlı əlaqədir. IXP-lər provayderin yuxarı axın tranzit provayderləri vasitəsilə çatdırılmalı olan trafik hissəsini azaldır. Beləliklə, onların xidmətlərinin hər bit üçün orta çatdırılma dəyərini azaldır. Bundan əlavə, IXP vasitəsilə mövcud yolların sayının artması marşrutlaşdırma səmərəliliyini (marşrutlaşdırıcılara daha qısa yollar seçməyə imkan verməklə) və xətaya dözümlülüyünü artırır.
Şəhər Merlərinin Razılaşması
Şəhər Merlərinin Razılaşması — Avropa İttifaqı tərəfindən başladılmış kütləvi təşəbbüs olub, nəzarət etdikləri ərazidə enerji səmərəliliyinin və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üçün könüllü öhdəlik götürmüş yerli və regional hakimiyyət orqanlarını ətrafında birləşdirir Qəbul edilmiş öhdəliklərə əsasən, Razılaşmanı İmzalayanlar 2020-ci ilədək CO2 emissiyalarını azı 20% azaltmağa çalışacaq, bununla da iqtisadiyyatın ətraf mühitə zərər vermədən inkişaf etməsinə və həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcəklər. Şəhər Merlərinin Razılaşması Avropa Komissiyası tərəfindən 2008-ci ildə ilk olaraq yerli hakimiyyət orqanları tərəfindən Aİ iqlim və enerji məqsədlərinin formalaşdırılmasına və icrasına yönəlmiş cəhdləri dəstəkləmək və təsdiq etmək məqsədilə başladıldı. Daha sonra, hətta Argentina və ya Yeni Zelandiya kimi uzaq ölkələrin qoşulması ilə Razılaşmanın yanaşma və metodları Aİ sərhədlərindən kənarda da əks-səda doğurdu. Yerli, regional və milli subyektləri enerji və iqlim məqsədlərinin yerinə yetirilməsi ətrafında birləşdirən yeganə belə hərəkat olan Şəhər Merlərinin Razılaşması öz unikal xüsusiyyətlərinə görə Avropa İttifaqı institutları tərəfindən müstəsna çoxpilləli idarəçilik modeli kimi təsvir edilir. Ölçüsündən asılı olmayaraq — kiçik kəndlərdən tutmuş Kiyev, London, Paris və ya Tbilisi kimi iri şəhər aqlomerasiyalarına qədər — bütün yerli hakimiyyət orqanları Şəhər Merlərinin Razılaşmasını imzalaya bilərlər. Enerji istehlakının və CO2 emissiyalarının 80%-nin şəhər fəaliyyəti ilə bağlı olduğunu nəzərə alsaq, yerli özünü idarəetmə orqanları iqlim dəyişikliyinin nəticələrinin yüngülləşdirilməsində həlledici rol oynayırlar. Mərkəzi hakimiyyət tərəfindən dəstəkləndikləri halda, yerli hakimiyyət orqanları həmçinin vətəndaşların davranışlarının dəyişdirilməsi, eləcə də iqlim və enerji məsələlərinin ətraflı şəkildə ələ alınması, xüsusən də dövlət və özəl sektor maraqlarının uzlaşdırılması, davamlı enerji məsələlərinin ümumi yerli inkişaf məqsədlərinə daxil edilməsi baxımından ideal mövqedə dayanırlar. Şəhər Merlərinin Razılaşmasına qoşulmaq yerli hakimiyyət orqanlarına öz vətəndaşları üçün ekoloji, sosial və iqtisadi baxımdan sabit mühit təmin etmək, əraziləri daxilində CO2 emissiyalarının azaldılmasına yönəlmiş cəhdləri möhkəmləndirmək, Avropanın və dünyanın dəstəyindən və qabaqcıl təcrübələrindən yararlanmaq və tanınmaqimkanı verir. Şəhər Merlərinin Razılaşması adi niyyət bəyannaməsi deyil. Əslində, Razılaşmanı İmzalayanlar müəyyən etdikləri iddialı enerji və CO2 emissiyalarının azaldılması hədəflərinə nail olmaq məqsədilə bir sıra addımların atılması üçün öhdəlik götürür, hesabat verməyə və fəaliyyətlərinin izlənməsinə razılıq verirlər.
Alman Akademik Mübadilə Xidməti
Alman Akademik Mübadilə Xidməti - (almanca: Der Deutsche Akademische Austauschdienst e. V. (DAAD)) beynəlxalq aləmdə alman ali məktəbləri və tələbə qurumlarının əlaqələrinə xidmət edən təşkilatdır. 1 Yanvar 1925-ci ildə bir qrup tələbənin təşəbbüsü ilə Haydelberq şəhərində "Akademik Mübadilə Xidməti" adı altında yaradılmışdır. Elə həmin ildəcə onun mərkəzi Berlin şəhərinə köçürülür. 1933-cü ildə Nasional Sosialistlərin təkidi ilə təşkilat fəaliyyətini dayandırır. 1943-cü ildə onun şəhər qəsrində yerləşən bürosu bombardman nəticəsində dağıdılır. 5 avqust 1950-ci ildə Bonn şəhərində bu təşkilat "Alman Akademik Mübadilə Xidməti"altında yenidən qurulur. 2012-ci ildən onun prezidenti Marqret Vintermanteldir. == Məqsədi == DAAD verdiyi məlumata görə tələbə və elmi işçilərin mübadiləsini həyata keçirən ən böyük fond sayılır. O yarandığı gündən, 1925-ci ildən bu günə kimi 1,9 milyon insana həm ölkə daxili, həm də xaricdə stipendiyalarla yardım etmişdir (2003-cü ildəki məlumat).
Mədəni və texnoloji mübadilə
Mədəni-texnoloji mübadilə — ayrı -ayrı xalqların, ölkələrin, sivilizasiyaların (ticarət, nikahlar, müharibələr və s. müxtəlif əlaqələr vasitəsilə) müəyyən ərazi vahidlərində mədəniyyət, elm və texnologiya nailiyyətlərinin bir-birinə nüfuz etməsinə səbəb olan qarşılıqlı əlaqə prosesidir. Akkulturasiya İnkulturasiya İnterkulturalizm Mədəniyyətlərarası ünsiyyət Mədəniyyətlərarası kompetensiya Transkulturasiya Белый В. И. Международный культурный обмен и его влияние на развитие национальной культуры: дис. канд. филос. наук. — М.: Государственный институт культуры, 1992. — 155 с. Боголюбова Н. М., Николаева Ю. В. Межкультурная коммуникация и международный культурный обмен. Учебное пособие.
Gələcək faiz dərəcəsinin razılaşması
Gələcək faiz dərəcəsinin razılaşması (FRA; ing. Forward rate agreement) — törəmə maliyyə aləti, birjadankənar əməliyyat, ona əsasən bir tərəf digər tərəfdən müəyyən müddətə müəyyən faiz dərəcəsi ilə məbləği şərti olaraq borc alır. Müqavilənin tərəfləri əvvəlcədən razılaşdırılmış faiz dərəcəsinin (settlement day) cari dəyərinin bağlanmada göstərilən müəyyən edilmiş istinad dərəcəsinin (məsələn, LIBOR) dəyərindən fərqli olduğu halda, hesablaşma günü kompensasiya ödənişlərini həyata keçirməyi öhdələrinə götürürlər. Mövcud faiz dərəcəsi meyardan artıq olarsa, borcalan fərqi borc verənə kompensasiya etməyə borcludur və əksinə. FRA-nı bağlayarkən, hərracın təşkilatçısına heç bir marja töhfəsi və girov ödənilmir və tərəflər ödənişləri mübadilə etmirlər. Hesablaşma ödənişi adətən müqavilə müddətinin əvvəlində həyata keçirilir.
Qarabağ atəşkəs razılaşması (2023)
Qarabağ atəşkəs razılaşması — 20 sentyabr 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağda separatçı erməni Dağlıq Qarabağ Respublikasına qarşı hərbi hücumunu dayandıran atəşkəs razılaşması. Müqavilə 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra regionda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən, DQ Müdafiə Ordusu ləğv edilmişdir. Rusiya sülhməramlıları baza düşərgəsində 1,049-u uşaq olmaqla 2,261 nəfəri sığındırılmışdır. Dağlıq Qarabağ Azərbaycan ilə yerli etnik ermənilər arasında mübahisəli region olmuşdur. 1991-ci ildə orada separatçı erməni separatçı Dağlıq Qarabağ Respublikası yaradılmışdır, lakin region beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınmışdır. DQR tezliklə öz ordusunu, Dağlıq Qarabağ Müdafiə Ordusunu təsis etmişdir. 19 sentyabr 2023-cü ildə Azərbaycan regionda yerli DQ silahlı qüvvələrinə qarşı hərbi hücuma başlamışdır. Azərbaycan regionda baş vermiş bir neçə mina insidentini əməliyyat üçün əsas götürmüşdür. İki ayrı partlayış nəticəsində 6 nəfər, üçüncü partlayışda Azərbaycan avtomobil yolları departamentinin iki əməkdaşı, daha dörd nəfər hadisəyə cavab verərkən, daha bir mina partlaması nəticəsində dörd əsgər və iki mülki şəxs həlak olmuşdur.
123 saylı Nüvə Razılaşması
123 Sazişi, Saziş 123 və ya 123 saylı Nüvə Razılaşması — ABŞ-nin 1954-cü il Atom Enerjisi Aktının "Başqa Millətlərlə Əməkdaşlıq" başlıqlı 123-cü Maddəsi. ABŞ və hər hansı digər dövlət arasında nüvə sazişləri üçün ilkin şərt kimi əməkdaşlıq müqaviləsidir. Bu günə qədər ABŞ 48 ölkə ilə təxminən iyirmi üç saziş imzalayıb. Obama administrasiyası tərəfindən 2009-cu ildə Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış 123 müqavilə 123 Sazişinin "qızıl standartı" adlandırılır.
Vətəndaş haqqında
Vətəndaş haqqında (lat. De Cive) — Tomas Hobbsun əsas əsərlərindən biri. Kitab ilk olaraq 1642-ci ildə Parisdə latın dilində nəşr edilmişdir, ardınca 1647-ci ildə Amsterdamdan iki əlavə latın dilində nəşri buraxıldı. Əsərin ingilis dilinə tərcüməsi ilk dəfə dörd il sonra (London 1651) Hökumət və cəmiyyətlə bağlı fəlsəfi əsasları (ing. Philosophical rudiments concerning government and society) başlığı ilə çıxdı. Bu əsərdə Hobbsun sonradan daha dərindən Leviafan traktatında yazacağı mövzulara bu əsərində tanışlıq edir. Məşhur ifadəsi olan bellum omnium contra omnes ("hamının hamıya qarşı müharibəsi") ilk dəfə burda ortaya çıxdı. De Cive, Hobbs tərəfindən insan şüuru ilə bağlı yazılmış əsərlər trilogiyasının birincisidir. trilogiyadakı digər iki əsər: 1655-ci ildə nəşr olunan De Corpore ("Bədən haqqında") və 1658-ci ildə nəşr olunan De Homine ("İnsan haqqında")dır. Hobbs İngiltərə burjua inqilabından başlamadan əvvəlki siyasi qarışıqlıqlara baxmayaraq, o yazısını bitirə bildi.